close

Bakıda həbs edilən Fransa vətəndaşı İlham Əliyevdən azadlığa buraxılmasını istəyib

Foto: DİN

O, metroda qraffiti çəkdiyi üçün əvvəlcə cərimə, sonra həbs edilib

Bakı İstintaq Təcridxanasında saxlanılan fransalı qraffiti rəssamı Klerk Teo Hüqo Azərbaycan Prezidenti İlham Əliyevə və I Vitse-prezidenti Mehriban Əliyevaya  müraciət edib.

Müraciəti rəssamın özünün xahişi ilə vəkili Elçin Sadıqov iyunun 11-də “Facebook” səhifəsində yayıb.

Klerk Teo Hüqo martın 28-də “Bakmil” metrostansiyasında qraffiti çəkdiyi üçün Yasamal Rayon Məhkəməsi tərəfindən 4 min 600 manat cərimə edilmişdi.

Ancaq Bakı Apelyasiya Məhkəməsi qərarı ləğv edərək zərərin məbləğini 11 min 600 manata qaldırıb.

Aprelin 2-də Yasamal Məhkəməsi Klerk Teo Hüqo haqqında 3 ay həbs qətimkan qərarı çıxarıb. Lakin olunla birgə saxlanılan Avstraliya vətəndaşı P.Han Paul və Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent də eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunub. Lakin istintaq dövrü üçün onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onlar sərbəst buraxılıblar və hazırda polisin nəzarətində olduğu deyilir.

38 yaşlı Klerk Teo Hüqo səhv etdiyini və kömək üçün müraciət yazdığını bildirib:

Mən “Lucy, Taken 3, Mission impossible 4” və bu yaxınlarda “John Wick 4” kimi bir çox filmlər üzərində işləmişəm. Hər il Louis Vuitton, Balenciaga, Loewe və s. markaların modası üçün ssenari üzrə işləyirəm. Mart ayında Bakıya səfər etmək qərarına gəldim, çünki Azərbaycan Qafqazda olmadığım sonuncu ölkə olduğundan çox maraqlı idi. İki dostumla birgə Bakıya gəldim və bir gecə metronu rəngləmək kimi axmaq bir fikir ağlımıza gəldi. Bizi həbs etdilər, dostlarımı buraxdılar, amma mən məhkəməni gözləmək üçün tək təcridxanaya göndərildim”.

Mən bunun səhv olduğunu etiraf edirəm və bunun qanunsuz olduğunu artıq bilirəm. Lakin bu işin bütün hamı tərəfdən tanınacağını və bu qədər ciddi qəbul ediləcəyini heç düşünməmişdik. Məqsədimiz heç kimi incitmək deyildi. Biz heç nəyi məhv etmədik və ya zədələmədik və ertəsi gün rəsmlər təmizləndi. Fransada metroda qraffiti istifadəçilər üçün gündəlik bir şeydir və insanların çoxu buna əhəmiyyət vermir. Bu barədə kamera yoldaşlarımla danışana qədər və ölkələrimiz arasındakı mədəniyyət fərqini başa düşənə qədər bunun mənfi təsirini dərk etməmişdim”, – deyə rəssam əlavə edib.

Rəssam baş verən hadisədən utandığını və təəssüfləndiyini qeyd edib:

Mən siyasi şəxs deyiləm, humanist və sülhsevər insanam. Mən heç vaxt zorakılıq etməmişəm və heç kimə zərər verməmişəm. Mən narkotik istifadə etmirəm və alkoqol istifadəçisi də deyiləm. Mən cinayətkar deyiləm, sadəcə, sənətkaram. Artıq iki aydır ki, həbsdəyəm, ailəm bu vəziyyətdən çox əziyyət çəkir və bu da məni məhv edir”.

Klerk Teo Hüqo azad edilməsini istəyib:

Həyatımın bu səhifəsini çevirməyə ehtiyacım var. Özümü bağışlatmaq üçün təşkil edə biləcəyim çoxlu bədii layihələr haqqında fikirlərim var, lakin həbsxanada tamamilə faydasız oluram. Mən istedadımı hamının xeyrinə müsbət və məhsuldar şəkildə istifadə etmək istəyirəm”.

Ana səhifəSosialBakıda həbs edilən Fransa vətəndaşı İlham Əliyevdən azadlığa buraxılmasını istəyib