close

Bakının mərkəzində silahlı insident: 3 nəfər güllələndi (yenilənib)

Şərti foto, “lent.az”

Hadisə Nəsimi rayonu ərazisində olub

DİN-in məlumatına görə, hadisədə 2 nəfər xəsarət alıb. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.


Martın 10-da günorta saatlarında Bakının mərkəzində silahlı insident yaşanıb. Nəsimi rayonunda – Səməd Vurğun küçəsində yaşanan insident nəticəsində üç nəfərin güllələndiyi bildirilir. Meydan TV-nin əldə etdiyi məlumata görə, insident “Təzə bazar” kimi tanınan ticarət mərkəzinin üstündə baş verib.

Məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması haqda polisə məlumat daxil olub:

“Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcək”.

Ana səhifəSosialBakının mərkəzində silahlı insident: 3 nəfər güllələndi (yenilənib)