close

“Baku Steel Company”nin nazirliyə monitorinq aparmağa icazə vermədiyi bildirilir

“Baku Steel Company”. Mənbə: “Baku Steel Company”

Toplanan materiallar məhkəməyə göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Nərimanov rayonunda yerləşən “Baku Steel Company” QSC-də monitorinq aparmaq istəsə də, buna imkan verilməyib.

Xidmətin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, “Baku Steel Company” QSC-nin atmosferi çirkləndirməsi ilə bağlı şikayətlər araşdırılıb və fakt təsdiqini tapıb.

“Müəssisənin ərazisində araşdırma və monitorinq aparılması üçün QSC-yə müraciət edilsə də, araşdırma aparmaq üçün şərait yaradılmayıb. Buna görə də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirkləndirilməsinin monitorinq qrupunun əməkdaşları tərəfindən sözügedən QSC-nin ətrafında monitorinq və ölçmə işləri aparılıb”, – məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, atmosfer havasına atılan tullantıların normadan artıq olduğu müəyyən edilib.

Xidmət rəsmisi Qafar Qafarov bildirib ki, faktla bağlı akt tərtib olub və cəmiyyətin huquqi şəxs qismində cərimələnməsi məqsədi ilə toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Meydan TV “Baku Steel Company” QSC-dən münasibət öyrənə bilməyib.

Ana səhifəSosial“Baku Steel Company”nin nazirliyə monitorinq aparmağa icazə vermədiyi bildirilir