close

Balı xarici bazara çıxarmaq istəyən arıçı Kənd Təsərrüfatı nazirliyindən şikayətçidir

Arıçılıq Habil İbrahimovun ailə peşəsidir. Astaranın Miki kəndindən olan arıçının 120 arı ailəsi var. O deyir ki, balı Avropa bazarına çıxarmaq istəyir, lakin etdiyi müraciətlər cavabsız qalıb.

Arıçı Habil İbrahimov deyir ki, arılara müntəzəm qayğı göstərmək və onlara bələd olmaq lazımdır. Onun əsasən limon ağaclarından ibarət sitrus bağı da var. Ancaq əsas gəlir yeri arılarıdır.

Son illər hökumət bu sahəyə diqqətini artırdığını deyir. Kənd Təsərrüfatı Nazirliyi deyir ki,  arıçılara subsidiyalar verilir, ölkədə bal yarmarkaları təşkil olunur. Bununla belə, hələ də arıçılar öz məhsullarını ölkədən kənara çıxara bilmədiklərini deyirlər.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, Azərbaycan yetərincə bal istehsal edə bilmir. Bu da istehsalın aşağı səviyyədə olması ilə bağlıdır:

“Azərbaycan yetərincə bal istehsal edə bilmir. Yəni digər ölkələrlə müqayisədə azərbaycanlılar daha az bal istehsal edir. Bu da onunla bağlıdır ki, istehsal aşağı səviyyədədir. İkincisi, Azərbaycanın istehsal etdiyi bal baha başa gəlir, maya dəyəri yüksəkdir, satış qiyməti yüksəkdir, digər ölkələrlə – Gürcüstanla , Rusiya ilə müqayisədə təxminən 2 dəfə baha başa gəlir, İranla müqayisədə isə hətta 5 dəfə baha başa gəlir. 3cü səbəb odur ki, Azərbaycanda  Avropa standartlarına uyğun bal istehsal edilmir, yəni eyni növ bal tələb olunur, Azərbaycanda isə təsərrüfatlar xırda olduğu üçün onların tələbinə uyğun səviyyədə bal istehsal edə bilmirlər”.

Arıçı Habil İbrahimov bildirir ki, problemlə bağlı Kənd təsarüfatı nazirliyinə nə qədər müraciət etsələr də səs soraq yoxdur: “Müraciətlərimizə qarşılıq heç bir səs soraq yoxdur”.

Ana səhifəVideoBalı xarici bazara çıxarmaq istəyən arıçı Kənd Təsərrüfatı nazirliyindən şikayətçidir