close

“Barbie” filmi Livanda qadağan oluna bilər

“Barbie”. Foto: “imdb.com”

Nazir deyir ki, film homoseksuallığı və transseksuallığı təbliğ edir

“Hizbullah” Partiyasının hökumətdəki təmsilçisi, Livanın mədəniyyət naziri Məhəmməd Mortadunun “Barbie” filminin ölkə kinoteatrlarında nümayişinə qadağa qoymaq istədiyi bildirilir.

Nazir filmin dini və əxlaqi dəyərlərə zidd olduğunu, ailə institutunun əhəmiyyətini aşağı saldığını bildirib.

Diqqətli araşdırmadan sonra məlum oldu ki, “Barbie” filmi homoseksuallığı və transseksuallığı təbliğ etdiyi üçün Livanda yaradılmış əxlaqi-dini dəyərlərə və prinsiplərə ziddir”, – Mortadu deyib.

Onun fikrincə, filmin nümayişi Livan uşaqları və gəncləri üçün ən pis nəticələrə səbəb ola bilər.

Nazir ölkədə senzuraya cavabdeh Ümumi Təhlükəsizlik Xidmətindən filmin kinoteatrlarda nümayişinin qarşısını almaq üçün lazımi tədbirlər görməyi xahiş edib.

Amerika və İngiltərənin birgə istehsalı olan “Barbie” komediya filmində baş rollarda Marqo Robbi və Rayan Qoslinq çəkilib.

Filmin büdcəsi 100 milyon dollardır.

Dünyada premyerası 2023-cü il iyulun 19-da olub.

“Barbie” dünya üzrə 1,052 milyard dollardan çox gəlir əldə edərək 2023-cü ilin ən çox gəlir gətirən filmi hesab edilir.

Ana səhifəMədəniyyət“Barbie” filmi Livanda qadağan oluna bilər