close

Baş verməsi gözlənən İstanbul zəlzələsi: 3 milyon insan təhlükədədir

İstanbul. Seqoya/shutterstock

Riskli binaların sayı 1.3 milyon civarındadır

İstanbulda azı 3 milyon insan güclü zəlzələ qarşısında uçma riski olan binalarda yaşayır.
İstanbul Böyük Şəhər Bələdiyyəsinin eksperti belə açıqlayıb.

Geoloq Naci Görür isə düşünür ki, İstanbulda an etibarilə zəlzələ riski 47 faizdir.

Bu gün İstanbulda zəlzələ ilə bağlı xəbərdarlıqlar insanların hər an gözləmədə olmasına səbəb olub.

Çünki bir neçə gün öncə mərkəzləri Bursa və Mudanyada olan zəlzələlərdən sonra İstanbulun böyük Mərmərə zəlzələsinə nə dərəcədə hazır olduğu sualını ortaya çıxarıb.

Bu gün İstanbulda həllini gözləyən əsas problemlərdən biri zəlzələyə davamlı olmayan riskli binalardır. Mərmərə dənizində 7-7,5 bal gücündə gözlənən zəlzələ qarşısında, şəhərdəki yüksək riskli yaşayış evlərinin sayı 1,3 milyon civarındadır.

“DW Turkish”-ə danışan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Zəlzələ Riskinin İdarə Edilməsi və Şəhərsalma Şöbəsinin müdiri Murat Yün ola biləcək bir zəlzələ zamanı ciddi ziyan görəcəyi və ya dağılması gözlənilən binalarda 3 milyon insanın yaşadığını bildirib.

Dekabrın 4-də Mərmərə dənizinin Gəmlik körfəzinin Bursa Mudanya sahillərində 5,1, daha sonra 4,5 və 3,5 bal gücündə zəlzələlər baş verib. Zəlzələlər Bursa, İstanbul, İzmir və Tekirdağ başda olmaqla, bir çox vilayətdə hiss olunub.

1999-cu il avqustun 17-də baş vermis Gölcük zəlzələsində Şimali Anadolu Fay Xətti qırılıb. Eyni fay xəttinin davamı qərbdə İstanbuldan keçir. İstanbul o vaxtdan bəri 7-7,5 bal gücündə zəlzələ riski ilə üzləşib.

Naci Görür Mərmərə Bölgəsinin Kumburqaz və Adalar qırılmalarının zəlzələ yaradacağını bildirir. Deyir, Adalar qırılması olarsa, maksimum 7 bal, Kumburqaz qırılması zamanı minimum 7,2, hər iki qırılmanın olduğu təqdirdə isə 7,5 bal gücündə zəlzələ ola bilər.

İstanbulda gözlənilən zəlzələ qarşısında riskli ərazilərlə bağlı qanun layihəsi qüvvəyə minib. Lakin bu qanun layihəsi vətəndaş cəmiyyəti tərəfindən tənqid edilib.

Murat Yün deyir ki, “Zəlzələyə Dayanıqlı İstanbul” adı altında təxminən 50 layihəyə 18,8 milyard lirə sərmayə qoyulub. Onun sözlərinə görə, hazırda da davam edən 66 layihə var.

Ana səhifəDünyaBaş verməsi gözlənən İstanbul zəlzələsi: 3 milyon insan təhlükədədir