close

Berbokun Yerevanda Bakıya qarşı sanksiyalarla bağlı sualdan yayındığı bildirilir

Annalena Berbok. Foto: Alexandros Michailidis/shutterstock

Onun daha çox sülhdən danışmağa üstünlük verdiyi deyilir

Almaniyanın xarici işlər naziri Annalena Berbokun (Annalena Baerbock) Azərbaycanın Ermənistana hücum edəcəyi təqdirdə Bakıya qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı sualdan yayındığı bildirilir.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, noyabrın 3-də Almaniyanın xarici işlər naziri Annalena Berbok Yerevanda keçirdiyi mətbuat konfransında Azərbaycana qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı sualı cavablandırarkən daha çox Bakı ilə Yerevan arasında sülhdən danışmağa üstünlük verib.

Mən eskalasiyanın olmadığını və fürsət pəncərəsindən istifadə edilməsini müdafiə edirəm. Almaniya Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz hər iki ölkəyə yaxınıq”, – deyən nazir təhlükəsizlik, demokratiyanın möhkəmləndirilməsi və s. sahələrdə tərəflərə dəstək verməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında sülhün olması investisiyaların bölgəyə cəlb edilməsinə böyük töhfə olacaq.

Nazir həmçinin bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyası Azərbaycan üçün də faydalı olmalıdır.

Diplomat deyib ki, Avropa İttifaqının missiyasının fəaliyyətini gücləndirmək istəyirlər:

Avropa İttifaqı Ermənistanda neytral vasitəçidir və bu missiya Azərbaycan üçün də faydalı olmalıdır”.

Mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın ölkəsinə qarşı ərazi iddiaları irəli sürdüyünü deyib:

Bu gün də Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları olması ilə bağlı ciddi narahatlıqlar var. Ermənistanın suverenliyi ilə bağlı da müəyyən qeyd-şərtlər var, xüsusən də söhbət regional infrastrukturdan gedir”.

Nizamlanma prosesi davam edir, bəzən elə görünür ki, həll yoluna yaxınlaşırıq, bəzən isə yeni maneələrin meydana çıxdığını görürük. Ermənistanın planlaşdırdığı təhlükəsizlik mexanizmləri əslində effektiv işləmədi”, – deyə Mirzoyan əlavə edib.

 Noyabrın 4-də Annalena Berbok Azərbaycana səfər edəcək.

Ana səhifəSiyasətBerbokun Yerevanda Bakıya qarşı sanksiyalarla bağlı sualdan yayındığı bildirilir