close

Bərdədə ölümlə nəticələnən hadisə: polis piyadanı maşınla vurub

Foto: DİN

Qəzada ölən şəxsin II qrup əlil olduğu deyilir

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin kütləvi informasiya vasitələri və ictimaiyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə məlumatı təsdiqləyib.

O bildirib ki hadisə bu gün səhər 11 radələrində baş verib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı R.Hadıyev idarə etdiyi özünəməxsus KİA markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən qəflətən yola çıxan piyada, ikinci qrup əlil, 1961-ci il təvəllüdlü Surxay Şahbazovu vurub.

Sürücü dərhal xəsarət almış piyadanı xəstəxanaya çatdırıb.

Həkimlərin cəhdlərinə baxmayaraq, Surxay Şahbazovun həyatını xilas etmək mümkün olmayıb.

“Yol nəqliyyat hadisəsi üzrə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı bütün zəruru tədbirlər icra olunur. Qanuna müvafiq qaydada əmələ hüquqi qiymət veriləcək”, – deyə Elşad Hacıyev bildirib.

Ana səhifəBölgəBərdədə ölümlə nəticələnən hadisə: polis piyadanı maşınla vurub