close

Bəşir Səfəroğlu küçəsinin sakinləri evlərinin söküləcəyindən narahatdır

Bəşir Səfəroğlu küçəsi. Foto: screenshot

Evimiz şəhərin mərkəzindədir, hətta kvadratına 3 min manatdan versələr belə, çoxu razı olmayacaq”

Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsinin sakinləri evlərinin söküləcəyindən narahatdır. Onların sözlərinə görə, bir neçə ay öncə yerli mətbuatda gedən sökülmə xəbərindən sonra gərginlik içərisindədirlər.

“Yasamal Rayon İcra Hakimiyyətindən dedilər ki, tezliklə söküntü olmayacaq. Doğrudur, neçə illərdir məhəllənin söküləcəyi, köçürüləcəyimizlə bağlı xəbərlər dolaşır. Evimiz şəhərin mərkəzindədir, hətta kvadratına 3 min manatdan versələr belə, çoxu razı olmayacaq”, – Bəşir Səfəroğlu küçəsinin sakini Ramin Məmmədov Meydan TV-yə belə deyib. 

Onun sözlərinə görə, “Təzə Pir” məscidinin ətrafinda yüzlərlə fərdi ev var. Təxminən bir neçə il əvvəl yola yaxın ərazidə bəzi evlər sökülüb. Digər evlərin sökülməsi isə yubanib.
Hazırlanmış xüsusi proqrama əsasən Bakının Binəqədi, Yasamal, Nərimanov, Nəsimi və Səbail rayonlarinda yüzlərlə evin söküləcəyi gözlənilir.   Bu evlərin çoxu sovet dönəmində tikilmiş binalardir. Həmin binalarin istismar müddəti bitdiyindən 5 və daha yüksək zəlzələyə dözümlü deyil.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Meydan TV-yə bildirib ki, hazırda Bakı və Abşeron rayon ərazisində minlərlə istismar müddətini bitirmiş köhnə bina var. Rəsmi qeydiyyata alinmiş qəzalı binalarin sayı isə 150-dən bir az artıqdır.

“2016- ci ildə Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə qəzalı binaların söküntüsünə başlanılıb. Bu gunə qədər onlarla çoxmənzilli kohnə yaşayış binalari sökülüb”,-Fərzəliyev bildirib.

Ekspert deyib ki,  paytaxt ərazisində olan köhnə ümumi yaşayış massivi, fərdi yaşayış evləri sokulərək, yeni yaşayış binaları ilə əvəzlənib. Söküntü işləri hələ də davam edir:

Amma istismar müddətini bitirmiş bütün binalar qəzalı vəziyyətə düşməyib. Dünyanın əksər ölkələrində hətta 16-17-ci əsrdə tikilmiş binalar var ki, həmin binalarda hazırda yaşayış var”. 

Elnur Fərzəliyevin sözlərinə görə, qəzalı kimi qeydə alinmiş binalar mərhələ ilə sökülür:

Elnur Fərzəliyev. Foto: Telegram

“Paytaxt ərazisində müşahidə aparılsa, qəzalı binaların sayı bir neçə yüzdən artıq ola bilər. Söküntü mərhələli şəkildə aparilir.  Bir köhnə çoxmənzilli binaların sökülməsi, yeni tikili ilə əvəzlənməsi iki-üç il vaxt aparır. Paytaxt ərazisində ümumən yüzlərlə binanın sökülməsi mümkün deyil.  Çünki söküntü vaxt aparan prosesdir, şirkət bazarda uzun müddət araşdırma aparır, yaxın illərdəki satış qiymətləri müəyyənləşdilir”. 

Bu baxımdan qısa müddətdə bütün ərazilərin sökülməsi məlumatları inandırıcı deyil. Yaxin illərdə də ilk növbədə qəzalı binalar söküləcəyi gözlənilir.

Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bəşir Səfəroğlu küçəsindəki istismar müddətini başa vurmuş evlərin sökülməsi nəzərdə tutulub. Ancaq bu söküntü yaxın günlərdə olmayacaq.

Ana səhifəSosialBəşir Səfəroğlu küçəsinin sakinləri evlərinin söküləcəyindən narahatdır