close

Binəli Yıldırımla Şamil Ayrım Cəbrayıl yolunda qəzaya düşüb

Binəli Yıldırım. Mənbə: “birgun.net”

Türkiyəli rəsmilərin helikopterlə hava limanına aparılacağı bildirilib

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycana gəlmiş Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrım Cəbrayıl yolunda qəzaya uğrayıb.

Türkiyə mətbuatının məlumatına görə, Binəli Yıldırımın olduğu avtomobil Cəbrayıldan dönərkən döngəni keçə bilməyib və qəzaya uğrayıb.

Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan B.İldırım təcili yardımla hadisə yerini tərk edib. Onun səhhətinin yaxşı olduğu və Türkiyəyə qayıtması üçün helikopterlə hava limanına aparılacağı bildirilib.

Oktyabrın 20-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan hava limanının açılışında iştirak edib.

Türkiyənin dövlət başçısı Cəbrayıl şəhərində rəsmi qarşılanma mərasimindən sonra Azərbaycanın Prezidenti İlham Əliyevlə təkbətək görüşüb.

Binəli Yıldırım 2016-2019-cu illərdə Türkiyənin Baş naziri olub.

Ana səhifəSiyasətBinəli Yıldırımla Şamil Ayrım Cəbrayıl yolunda qəzaya düşüb