close

Balakən sakini şəhid qardaşı kimi təqaüd almaq istəyir

Source:

Ramil Xocaxovov dövlət qurumlarından narazıdır

Qardaşım Birinci Qarabağ müharibəsi döyüşlərində həlak olub. Vəfatından sonra ona şəhidlik statusu verilib. Valideynlərim sağ ikən şəhid ailəsi statusu ilə aylıq təqaüd alırdılar. Onların ölümündən sonra verilən təqaüd kəsildi”.

Bunu Meydan TV-yə Balakənin Kortala kənd sakini Ramil Xocaxovov deyir.

O gileylənir ki, kənddə digər şəhid ailələrinə yardım göstərilsə də, onun ailəsi diqqətdən kənarda qalıb.

Onun sözlərinə görə, bununla bağlı Balakən Rayon İcra Hakimiyyətində olub, həmçinin kəndin bələdiyyəsinə müraciət etsə də, nəticəsiz qalıb:

Qardaşım Sabir Xocaxov vətən uğrunda döyüşlərdə həyatını itirib. Əvvəlcə atam rəhmətə getdi. 2016-cı ildə isə anam vəfat edəndən sonra pulu kəsdilər. Qonşuluqda ailə var, oğulları İkinci Qarabağ müharibəsində şəhid olub. Onlara hər dəfə icra tərəfindən yardımlar edilir. Amma bizə heç nə vermirlər. Niyə müharibə iştirakçılarına ayrı-seçkilik qoyurlar? Bu günə qədər icra tərəfindən yalnız qardaşımın məzar daşının yenilənməsinə yardım edilib”.

Balakən Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova Meydan TV-yə bildirib ki, Birinci Qarabağ müharibəsində həyatını itirən Sabir Xocaxovun şəhidliyi ilə əlaqədar aylıq təqaüdü valideynlərinə verilib.

Valideynlərinin vəfatından sonra isə təqaüd ləğv edilib:

“Çünki şəhidlik statusu bacı-qardaşa şamil olunmur. Ancaq həyat yoldaşına, 18 yaşadək övladlarına və valideynlərinə şamil olunur. Şəhid olan vətəndaş subay imiş. Qardaşı Ramil Xocaxovov isə şəhid ailəsi hesab edilmir”.

Şəhid ailəsi kimlər hesab olunur?

Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunu ilə tənzimlənir.

Qanunvericiliyə əsasən, şəhid ailəsi statusuna ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar aid edilir.

“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Meydan TV-yə deyir ki, yalnız bir halda, birdəfəlik sığorta ödənişi həlak olmuş hərbi qulluqçuların vərəsələrinə verilə bilər.

Şəhidin valideynləri və ailəsi olmadığı təqdirdə on bir min manat qanpulu  onun bacı və qardaşına verilə bilər”.

Ana səhifəXəbərlərBalakən sakini şəhid qardaşı kimi təqaüd almaq istəyir