close

Britaniya səfiri Azərbaycanla strateji əməkdaşlıqdan danışdı

Fotolar: Böyük Britaniya səfirliyi

“170-dən çox azərbaycanlı tələbə Britaniyada təhsil alır”

İyunun 22-də Bakıda Britaniya Kralı III Çarlzın doğum günü qeyd olunub.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bildirib ki, Azərbaycan ilə Böyük Britaniya arasında siyasət və iqtisadiyyat sahələrində strateji əlaqələr mövcuddur.

“2022-ci ildə səfirlik Britaniya şirkətlərinə Azərbaycanda qeyri-enerji sektorunda 200 milyon funtsetrlinq dəyərində sövdələşmələr etməsinə kömək edib ki, bu, kənd təssərüfatı texnologiyalar, minalardan təmizlənmə və s. sahələri əhatə edir. Bu il Britaniyanın Azərbaycana minatəmizlımə sahəsində yardımı (indiyə qədər olan) 1 milyon funt sterlinqi keçib, Azərbaycandan 22 hərbçi britaniyalı trenerlərin keçdiyi təlimlərdə iştirak edib”, – deyə o qeyd edib.

Səfir deyib ki, Britaniya Azərbaycanın Qadınlar, Sülh və Təhülkəsizlik ilə bağlı Milli Fəaliyyət Planının qəbulunu səbirsizliklə gözləyir.

Fergus Auld iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı vurğulayaraq deyib ki, dövlət proqramı çərçivəsində 170-dən çox azərbaycanlı tələbə Britaniyanın 35 univesitetində təhsil alır.

Tədbirə qatılan Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Britaniya Azərbaycanda 34 milyard sərmayə ilə ən böyük xarici investordur.

“Biz yaşıl enerjiyə keçid istiqamətində BP ilə işləyirik və bu əməkdaşlıq məmnunluq doğurur. Britaniya şirkətləri azad olunan torpaqlarımızda minalardan təmizləmə və şəhər planlaşdırmasında işləyir, bizlə əməkdaşlıq edir. Ölklərimiz arasında yaxın zamanda Tərəfdaşlıq və Əməkdaşlıq sazişinin imzalanması vacibdir”, – deyə nazir vurğulayıb.

Ana səhifəXəbərlərBritaniya səfiri Azərbaycanla strateji əməkdaşlıqdan danışdı