close

“Bu qədər dindar narkoman, narkotik satıcısı oldu?”

Foto: Meydan.TV

Həbs olunanların yaxınları ittihamları rədd edir

Aprelin 10-da sosial şəbəkələrdə Müsəlman Birliyi Hərəkatının üzvü Tərlan Seyidovun ailəsilə birlikdə avtomobilində gedərkən saxlanıldığını əks etdirən videogörüntülər yayılmışdı. Görüntülərdə Tərlan Seyidovun azyaşlı uşaqların gözü önündə aparıldığı, onun ailə üzvlərini sakitləşdirməyə çalışdığı, lakin uşaqların ağladığı görünür.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Tərlan Seyidova qarşı narkotik ittihamı irəli sürülüb.

Bir gün öncə isə Müsəlman Birliyi Hərəkatının himnini yazan, əhli-beyt şairi Kamran Kərimov (Kamran Fərat) həbs olunmuşdu.

Ümumiyyətlə, son vaxtlar ölkədə 500 nəfərə yaxın dini inanclı fəalın həbs olunması haqda qeyri-rəsmi məlumatlar yayılıb. Onların da böyük əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb.

Son vaxtlar dindarlara qarşı repressiyaların yeni dalğası başlayandan bu yana demək olar ki, hər gün hərəkatın azı bir üzvü həbs olunur. Təkcə son günlərdə Müsəlman Birliyi Hərəkatının təxminən 20 nəfər üzvü həbs olunub. Hazırda təşkilatın 42 üzvü həbsdədir”, – Müsəlman Birliyi Hərəkatından Meydan TV-yə bildirilib.

Həbs olunan dini inanclı şəxslərin bir qisminin fotoları hökumətyönlü media orqanlarında, o cümlədən telekanallarda yayımlanaraq, onlar “İran casusu” kimi təqdim olunub.

Lakin onların vəkilləri, ailə üzvləri bu ittihamı rədd edir. Həmin şəxslərə qarşı narkotik ittihamı irəli sürüldüyünü vurğulayırlar. Deyirlər ki, narkotik ittihamı da saxtadır.

Birincisi, qələmə verdikləri kimi, bir dövlətin bu qədər vətəndaşı başqa dövlətin casusudursa, onda bunun özü həmin dövlət üçün ayıbdır. İkincisi, bu qədər dindar narkoman, narkotik satıcısı oldu? Belə gülünclük olar?!”, – həbs olunan inanclılardan birinin həyat yoldaşının sözləridir.

Ana səhifəSosial“Bu qədər dindar narkoman, narkotik satıcısı oldu?”