close

Çeçenistanda “Novaya qazeta”nın əməkdaşı ilə vəkili döyüblər

Yelena Milaşina. Foto: “NQ”

Onlar Zarema Musayevanın məhkəmə hökmünə görə gediblər

Çeçenistanda naməlum şəxslər “Novaya qazeta”nın jurnalisti Yelena Milaşinaya və vəkili Aleksandr Nemova hücum çəkiblər, “İşgəncələrə qarşı komanda” xəbər verir ki, silahlı şəxslər onların avtomobilini aeroport yolunda mühasirəyə alıblar.

“İşgəncələrə qarşı komanda”nın məlumatına görə, Milaşinanı və Nemovu möhkəm zərbələrlə təpikləyərək, o cümlədən üzlərinə vuraraq, texnikalarını əlindən alıb və sındırıblar. 

Nemov xəbər verib ki, hava yolundan gələrkən maşınlarının qarşısını üç avtomobil kəsib.

Vəkilin dediyinə görə, hücum çəkənlər tapançanı başlarına dayayaraq öldürməklə hədələyiblər.

Hazırda onlar Qroznı şəhər xəstəxanasındadırlar, hər ikisi xeyli zədə alıb.
Milaşinanın bir neçə barmağı sınıb, o, bir neçə dəfə huşunu itirib, – “İşgəncələrə qarşı komanda”da əlavə ediblər.

Vəkil Aleksandr Nemovun ayağı zədələnib, bıçaq yarası ehtimalı var. Huşu yerindədir.
Polis xəstəxanada Milaşina və Nemovdan ifadə almaq istəyib, lakin onlar ifadə verməkdən imtina ediblər. 

“Hər ikisini təpikləyiblər, yumruqlayıblar, polipropilen borularla döyüblər, onlara işlərini, Elena Milaşinanın haqqında yazdığı məhkəmələri, prosesləri xatırladıblar. Göründüyü kimi, bu, heç də quldur hücumu deyil – bu, onların fəaliyyətlərinə görə edilən hücumdur”, – “İşgəncələr əleyhinə komanda”nın rəhbəri Sergey Babines deyib.     

“Bir neçə maskalı şəxs Yelena və Aleksandrı qəddarlıqla döyüb, telefonlarını əllərindən alıb, onları blokdan çıxarmalarını tələb edib, texnika və sənədləri məhv edib. Dəyənək və təpiklə döyüblər. Yelena Milaşinaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub, əl barmaqları sınıb. MRT nəticələri açıqlanmır. Yelena bir neçə dəfə huşunu itirib.  Vəkil Nemov zədələrdən savayı, bıçaq yarası alıb. Bununla belə, o, məhkəmə prosesində iştirak etməyi planlaşdırır.
Redaksiyanın xahişi ilə məsələyə insan haqları üzrə müvəkkil Tatyana Moskalkova müdaxilə edib”,
– “Novaya qazeta”nın redaksiyasında bəyan ediblər.

Milaşina və Nemova hücum barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə ediblər. Kremldə bəyan ediblər ki, söhbət “çox ciddi hücumdan” gedir və bu məsələ “təcili ölçü tədbirləri” və “istintaq əməllərinin gerçəkləşdirilməsini” tələb edir.

Jurnalist və vəkil Qroznıya təqib olunan çeçen fəallarının anası Zarema Musayevanın məhkəmə hökmünə gəliblər. 2022-ci ilin yanvar ayında Zarema Musayevanı Nijnı Novqoroddan Çeçenistanın güc strukturları əməkdaşları oğurlayıb. İyunun 15-də irəli sürülən ittihama görə, qadını 5,5 illik həbs cəzası gözləyirdi.

Ana səhifəSiyasətÇeçenistanda “Novaya qazeta”nın əməkdaşı ilə vəkili döyüblər