close

Çempionlar Liqası: “Qarabağ” növbəti oyununu keçirib

Foto: “Qarabağ”ın sosial media hesabı

Azərbaycan çempionu Polşa komandasına uduzub

“Qarabağ” klubu iyulun 26-da UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyununu keçirib.

Azərbaycan çempionu Polşa təmsilçisi “Rakuv”la qarşılaşıb. Çenstoxovadakı “Miejski” stadionunda keçirilən matça saat 22:15-də start verilib.

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”u mübarizədən kənarlaşdırdırmışdı (2:1, 4:0).

Ağdam təmsilçisi “Rakuv”la ilk görüşdə məğlub olub. Qarşılaşma Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Cütün taleyinə avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab oyununda aydınlıq gələcək.

Ana səhifəİdmanÇempionlar Liqası: “Qarabağ” növbəti oyununu keçirib