“Bayern”lə “Real”ın ilk duelində qalib müəyyənləşməyib
Aprelin 30-da UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
İlk oyunda Almaniyanın “Bayern” və İspaniyanın “Real” komandaları üz-üzə gəlib. Münhendəki “Alyanz Arena” stadionunda keçirilən oyun saat 23:00-da start götürüb. Qarşılaşmada qalib müəyyənləşməyib.
Oyun 2:2 hesabı ilə başa çatıb.
![](https://i1.wp.com/www.meydan.tv/wp-content/uploads/4d1ec71f-d90b-4d44-bc03-084062c7e84c.jpg)
Bu komandalar arasında cavab matçı mayın 8-də Madriddə keçiriləcək.
Mayın 1-də yarımfinal mərhələsinin ikinci oyununda Almaniyanın digər klubu “Borussiya” Dortmundda Fransanın PSJ komandasını qəbul edəcək.