close

Çempionlar Liqasında Milan derbisi keçirilib

Foto: Sky Sports

Yarımfinalın ilk oyununda “İnter” qələbə qazanıb

Mayın 10-da UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Yarımfinal mərhələsinin ikinci matçında “Milan” “İnter” klubunu qəbul edib. Milan şəhərini təmsil edən komandaların “San Siro” stadionundakı görüşünü ispaniyalı hakim Xesus Xil Mansano idarə edib.

Milan derbisi “İnter”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab matçı mayın 16-da, eyni stadionda keçiriləcək.

Yarımfinalın ilk oyununda İspaniyanın “Real” klubu öz meydanında İngiltərə təmsilçisi “Mançester Siti” ilə heç-heçə edib – 1:1.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Ana səhifəİdmanÇempionlar Liqasında Milan derbisi keçirilib