close

Çexiyada universitetə silahlı hücum (Yenilənib)

Foto: “novinky.cz”

Polis deyir ki, hadisəni törədən həmin universitetin tələbəsi Devid Kozak olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, Devid Kozak birinci atasını öldürüb, sonra onun silahını götürərək universitetə gedib.

Son məlumata əsasən, 24 yaşlı David Kozak 15 nəfəri öldürüb, 20 nəfəri isə yaralayıb.


Hadisəni törədən şəxsin də öldüyü bildirilir

Dekabrın 21-də Çarlz Universitetinə silahlı hücumun olduğu bildirilir.

Hadisənin fəlsəfə fakültəsinin Yan Palaç meydanındakı binasında baş verdiyi qeyd olunur.

Çexiyanın daxili işlər naziri Vit Rakuşan yerli mediaya atəş açan şəxsin öldüyünü söyləsə də, ölənlərin sayı barədə məlumat verməyib.

Nazir hadisə yerində başqa silahlının olmadığını və təhlükənin sovuşduğunu deyib.

Ancaq BBC-nin məlumatına görə, 11 nəfər həyatını itirib.

Çarlz Universitetinin müəllimi Sergey Medvedev bildirib ki, həmin an mühazirə deyirmiş və tələbələri ilə birlikdə atəş səsləri eşidib.

Onlar atəş səsi eşidən kimi sinifdə barrikada qurublar.

Daha sonra onlar konsert salonuna köçürülüblər.

Pilləkənlərdə, həkimlərin üzərində, xərəklərdə çoxlu qan var”, – Medvedev yazıb.

Praqa meri Bohuslav Svobodanın sözlərinə görə, Çarlz Universitetinin fəlsəfə fakültəsi evakuasiya edilib.

Praqa xilasetmə xidmətinin sözçüsü Jana Postova çox sayda insanın xəsarət aldığını təsdiqləsə də, başqa təfərrüatları açıqlamayıb.

“Reuters” yazır ki, Çexiyada silahlı cinayətlər nisbətən nadirdir.

2019-cu ilin dekabrında 42 yaşlı silahlı şəxs Çexiyanın şərqindəki Ostrava şəhərində xəstəxananın gözləmə zalında 6 nəfəri öldürüb və sonra özünü güllələyib.

2015-ci ildə bir nəfər Uhersky Broddakı restoranda səkkiz nəfəri güllələyib, sonra isə özünü öldürüb.

Ana səhifəDünyaÇexiyada universitetə silahlı hücum (Yenilənib)