close

CHP-də qurultay: Kılıçdaroğlu getdi, Özəl gəldi

Fotolar: CHP-in saytından

Özgür Özəl 812 səslə partiyanın başqanı seçilib

Noyabrın 4-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının 38-ci qurultayı keçirilib.

Qurultayda partiyanın lideri uğrunda Kamal Kılıçdaroğlu və TBMM-in qrup lideri Özgür Özəl yarışıb.

Qalib olmaq üçün namizədlər 1366 qurultay nümayəndəsinin 684 səsini almalı idi.

İlk turda Ö.Özəl 682, K.Kılıçdaroğlu isə 664 səs toplayıb, 20 səs etibarsız sayılıb.

Namizədlərdən heç biri mütləq səs çoxluğu əldə edə bilmədiyi üçün II tur keçirilib.

İkinci turda Ö. Özəl 812 səs, K. Kılıçdaroğlu 536 səs toplayıb, 18 səs isə etibarsız sayılıb.

Beləliklə, Cümhuriyyətin 100-cü ildönümündə CHP-in 38-ci qurultayda partiyanın TBMM-dəki qrupunun lideri Özgür Özəl səsvermənin 2-ci turunda böyük fərqlə başqan vəzifəsinə seçilib.

CHP-nin 8-ci başqanı, 49 yaşlı Özgür Özəl Manisada doğulub və Balkan kökənli ailənin övladıdır.

Ege Universiteti məzunudur, ixtisasca əczaçıdır.

Siyasətə qoşulmadan öncə Türk Əczaçılar Birliyinin baş katibi idi.

13 il CHP-in başqanı olan Kamal Kılıçdaroğlu 2023-cü ilin mayında prezident seçkilərinin II turunda 47,84 faiz səs toplayaraq seçkidə məğlub olub.

Ana səhifəDünyaCHP-də qurultay: Kılıçdaroğlu getdi, Özəl gəldi