close

Çində havanın kəskin dəyişməsi əkin sahələrini daşqın və istilərlə təhdid edir

Foto: Reuters

Yaxın günlərdə daha güclü yağış proqnozlaşdırılır

Çin fermerləri daşqından quraqlığa qədər ekstremal hava şəraiti ilə mübarizə aparmağa davam edir.

Son bir həftə ərzində yağan güclü yağış ölkənin bəzi ərazilərində daşqına səbəb olub.

Çin Meteorologiya Agentliyi xəbərdarlıq edib. Bildirib ki, Yantszı çayı boyunca daha çox yağıntı gözlənilir.

Çinin ən yaxşı düyü becərən bölgələri – Jiangxi və Hunan – daha çox yağış və daşqınla üzləşib. Qarğıdalı və pambıq bitkilərinin əkini risk altındadır.

Digər tərəfdən ölkənin cənubunda isti hava proqnozlaşdırılır ki, bu da düyü məhsuluna mənfi təsir edir.

Ekstremal hava Misirdəki yüksək temperaturdan, Mərakeşdəki quraqlıqdan tutmuş çox aktiv Atlantik qasırğası mövsümünə qədər dünyanın müxtəlif yerlərini vurub. Çin şimalda buğda məhsulunu zədələyən və qarğıdalı və soya əkinini gecikdirən quru şəraitlə mübarizə aparır. Digər bölgələr su altında qalıb, bəzi sahələri su basıb və bitki xəstəliklərinin inkişafına təkan verib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Çinin daşqından zərər çəkmiş cənubunda yerli hakimiyyət orqanları tarlaları vaxtında qurutmalı və leysan yağışlar nəticəsində məhv olmuş yerlərdə alternativ əkinlər əkməlidir.

Çin Azərbaycanın ticarət tərəfdaşıdır. Bu ilin ilk 4 ayında Azərbaycana daxil olmuş məhsulların ümumi dəyərinin 18,9 faizi Çindən gəlib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 7,6 faizi Çinin payına düşüb.

Ana səhifəDünyaÇində havanın kəskin dəyişməsi əkin sahələrini daşqın və istilərlə təhdid edir