close

“COP”  sammitinə ev sahibliyi edən üç ölkə iqlim ambisiyalarını artırmaq üçün birləşir

Foto: Reuters

Sayt yazır ki, 2024 və 2025-ci illərdəki iqlim danışıqlarına hazırlıq bəzi ölkələrdə iqlim fəaliyyətinə qarşı siyasi geriləmə fonunda aparılır

Ötən il “COP28” iqlim dəyişikliyi sammitinə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti iki iqlim sammitinə ev sahibliyi edəcək Azərbaycan və Braziliya emissiyaların azaldılması ilə bağlı iddialı məqsədlərə nail olmaq üçün birləşəcəklərini açıqlayıblar.

“Reuters” yazır ki, 2024 və 2025-ci illərdəki iqlim danışıqlarına hazırlıq bəzi ölkələrdə iqlim fəaliyyətinə qarşı siyasi geriləmə fonunda aparılır. Hətta bəzi yerlərdə tez-tez ekstremal hava şəraiti olur və temperatur rekordları demək olar ki, hər ay yenilənir.

BƏƏ-nin ötənilki danışıqlar prezidenti Sultan Əl Cabir deyib ki, hazırda sürəti itirmək olmaz. Qlobal temperaturun 1,5 dərəcə Selsinin əlçatan olması üçün əllərindən gələni edəcəklər.

Qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində saxlanılması hədəfi 2015-ci il Paris Sazişində qoyulmuşdu.

Noyabrda Bakıda keçiriləcək “COP29” sammitinin əsas vəzifəsi inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi üçün yeni qlobal hədəfin razılaşdırılmasıdır.

Lakin bəzi iqlim diplomatları artıq qlobal iqlim diplomatiyası üçün növbəti mühüm mərhələ kimi 2025-ci ildə Braziliya sammitini gözləyirlər. 200-ə yaxın ölkədən “COP30” üçün yenilənmiş CO2-nin azaldılması ilə bağlı öhdəlikləri vaxtında təqdim etmələri tələb olunur.

Ölkələrin iqlim hədəflərinin növbəti mərhələsi qlobal istiləşmənin 1,5 dərəcə Selsidən yuxarı qalxmasının qarşısını almaq üçün mühüm son şans kimi qiymətləndirilir. Bu hədəf sürətlə əlçatmaz olur, çünki qlobal istixana qazı emissiyaları artmaqda davam edir.

Ana səhifəSosial“COP”  sammitinə ev sahibliyi edən üç ölkə iqlim ambisiyalarını artırmaq üçün birləşir