close

Daha 11 israilli girov və 33 fələstinli məhbus azad edilib

Qəzza. Foto: Reuters

Otuz doqquz uşaq ölkəsinə qayıdıb

Qəzzadan 11 israilli girovun buraxılmasından sonra 33 fələstinli məhbus da azad edilib.

Azad edilən girovların doqquzu uşaq, ikisi qadındır.

Noyabrın 27-də azad edilən gorovların isə üçü Fransa, ikisi Almaniya və altısı Argentina vətəndaşı olub.

İsrailin həbsxanadan buraxdığı otuz üç nəfərin otuzu uşaq, üçü qadındır.

İsrail Həbsxana Xidməti məhbusların İsrailin İordan çayının qərb sahilindəki Ofer həbsxanasından və Qüdsdəki həbs mərkəzindən azad edildiyini bildirib.

Həmin otuz üç nəfər də daxil olmaqla, noyabrın 25-dən bəri azad edilən fələstinlilərin ümumi sayı 150-yə çatıb.

HƏMAS silahlı birləşməsinin İsrailin cənubunda 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail Qəzza zolağında müharibəyə başlayıb. Bu da minlərlə insanın ölümünə və evini itirməsinə səbəb olub.

İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs Misir və Qətərin vasitəçiliyi ilə dörd günlük imzalanmışdı. Sonradan daha iki gün uzadıldı.

İsrail atəşkəsin müvəqqəti olduğunu, əsirlərin azad edilməsindən sonra müharibənin davam edəcəyini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü noyabrın 28-də bildirib ki, Qəzzanın səhiyyə sistemi tez bir zamanda ayağa qaldırılmasa, burada bombardmandan çox, xəstəlikdən ölən insanların sayı artacaq.

ÜST rəsmisi Marqaret Harris bildirib ki, Qəzza zolağının səhiyyə sistemi bərpa edilməsə, bu ərazilərdə xəstəliklərin yayılması riski var:

“Qəzzanın şimalındakı Əl-Şifa xəstəxanasının dağılması faciədir. Tezliklə səhiyyə sistemi normala dönməlidir”.

Ana səhifəDünyaDaha 11 israilli girov və 33 fələstinli məhbus azad edilib