close

Dmitri Roqozinin ad günündə Donetskdə yaralandığı bildirilir

Dmitri Roqozin. Foto: https://gadgets360.com/

“Roskosmos”un keçmiş rəhbəri xəstəxanaya yerləşdirilib

“Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinin Ukrayna Silahlı Qüvvələrinin Donetski atəşə tutması nəticəsində yaralandığı bildirilir.

D.Roqozinin xəstəxanaya yerləşdirildiyi deyilir.

Məlumatı TASS yayıb.

Teleqram kanalları qeyd edir ki, keçmiş nazir ad gününü qeyd etdiyi “Şeş-Beş” kafesinin atəşə tutulması zamanı yaralanıb.

“Dmitri Roqozin kürəyindən yaralanmışdı. Ancaq yara kosmik korporasiyanın keçmiş rəhbərinin ombası, başında və budunda da olub”, – deyə əlavə edilib.

Ancaq TASS-ın həmsöhbəti iddia edir ki, zərbə bir qrup hərbi məsləhətçinin yaşadığı otelə dəyib.

Hadisə yerində olan “DXR hökumətinin sədri” Vitali Xotsenkonun da yaralandığı vurğulanıb:

“Ölən iki nəfərin adı çəkilmir”.

2022-ci ilin iyulunda Dmitri Roqozin “Roskosmos”un rəhbəri vəzifəsindən azad edilib.

İşdən çıxarıldıqdan sonra Roqozin Donbasda döyüşmək üçün getdiyini və “Çar canavarları” hərbi məsləhətçilər qrupunu yaratdığını açıqlayıb.

59 yaşlı Roqozin 2018-ci ilin mayından “Roskosmos”un rəhbəri vəzifəsində çalışırdı.

Rusiya 2022-ci ilin fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.

Donetsk bu ilin 30 sentyabrında Rusiya ordusu tərəfindən işğal olunub.

Elə həmin gün də Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub:

“Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna isə seçkinin nəticələrini tanımayıb və saxta adlandırıb.

Ana səhifəDünyaDmitri Roqozinin ad günündə Donetskdə yaralandığı bildirilir