close

Donald Trampın formal olaraq həbs edildiyi bildirilir

Source: Архив

Keçmiş prezident yalnız ittiham irəli sürülənədək həbs olunub

Aprelin 4-də ABŞ-ın sabiq prezidenti Donald Tramp formal olaraq həbs edilib.

Məlumatı CNN televiziyası yayıb. Qeyd olunur ki, həbs sabiq prezidentə qarşı ittiham irəli sürülənədək davam edəcək.

D.Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Yəni həbs onun həbsxanaya salınması deyil, təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.

Bundan əvvəl “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.

Keçimiş prezident həbs olunmazdan əvvəl özünün TruthSocial sosial şəbəkəsində paylaşım edib:

“Mən Aşağı Manhettendə məhkəmə binasına gedirəm. Çox sürreal görünür – vau, məni həbs edəcəklər. Mən bunun Amerikada baş verdiyinə inana bilmirəm”.

Ana səhifəDünyaDonald Trampın formal olaraq həbs edildiyi bildirilir