close

Dünya çempionatında ikinci finalçı da məlum olub

Foto: Fransa – Mərakeş oyunundan

Argentina millisi həlledici oyunda Fransa ilə görüşəcək

Qətərdə təşkil olunan dünya çempionatında dekabrın 14-də yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Mundialın son qalibi Fransa turnirin sürpriz komandası olan Mərakeş millisi ilə qarşılaşıb.

Saat 23:00-da start götürən matçda Fransa millisi Afrika təmsilçisini 2:0 hesabı ilə məğlub edib.

Fransızlar dünya çempionatının final oyununda Argentina yığması ilə üz-üzə gələcək. Cənubi amerikalılar dekabrın 13-də keçirilən yarımfinal matçında Xorvatiya üzərində 3:0 hesablı qələbə qazanmaqla, mundialın həlledici oyununa vəsiqə əldə ediblər.

Mərakeş isə dekabrın 17-də 3-cü yer uğrunda görüşdə Xorvatiya yığması ilə qarşılaşacaq.

DÇ-2022-nin final oyunu dekabrın 18-də keçiriləcək.

Ana səhifəXəbərlərDünya çempionatında ikinci finalçı da məlum olub