close

Dünya çempionatında ikinci turun son oyunları keçirilib

Foto: Braziliya – İsveçrə oyunundan

Braziliya və Portuqaliya növbəti mərhələyə yüksəlib

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında noyabrın 28-də ikinci turun son oyunları keçirilib.

G və H qruplarında keçirilən 4 oyunla ikinci tura yekun vurulub.

Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olub. Altı qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.

Bu qrupun digər oyununda DÇ-2022-nin favoritlərindən sayılan Braziliya millisi İsveçrəni sınağa çəkib. Cənubi amerikalılar oyunda vurulan yeganə qolla 3 xal qazanıblar. “Sambaçılar” bu qələbə sayəsində mundialda növbəti mərhələyə vəsiqə əldə ediblər.

Xal: Braziliya – 6, İsveçrə – 3, Kamerun – 1, Serbiya – 1

H qrupunda əvvəlcə Cənubi Koreya və Qana yığmaları üz-üzə gəlib. Oyun Afrika təmsilçisinin 3:2 hesabli qələbəsi ilə başa çatıb.

Qrupun digər matçında Portuqaliya ilə Uruqvay qarşılaşıb. Kriştiano Ronaldonun lideri olduğu Portuqaliya millisi 2:0 hesablı qələbə sayəsində dünya çempionatının növbəti mərhələsinə yüksəlib.

Xal: Portuqaliya – 6, Qana – 3, Cənubi Koreya – 1, Uruqvay – 1

DÇ-2022, 3-cü tur

29 noyabr

A qrupu
19:00. Niderland – Qətər (“Al Bayt” stadionu)
19:00. Ekvador – Seneqal (“Xalifa” stadionu)

B qrupu
23:00. Uels – İngiltərə (“Ahmad Bin Ali” stadionu)
23:00. İran – ABŞ (“Al Tumama” stadionu)

Ana səhifəXəbərlərDünya çempionatında ikinci turun son oyunları keçirilib