close

Əhali xərcləməsinin 51,7 faizini ərzağa verib

Bahalaşma, Denys Kurbatov/Shutterstock

Orta aylıq əmək haqqı əvvəlki aylara baxanda azalıb

2023-cü il oktyabrın 1-də ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olub. Onlardan 890,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Muzdla işləyənlərin 18,9 faizi təhsil, 18,6 faizi ticarət sahəsində çalışıb.

2023-cü ilin 11 ayı ərazində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artıb – 919,8 manat olub.
Lakin 2023-cü ilin ilk 8 ayına baxanda azalıb. İlk 8 ayda muzdla çalışan işçilərin orta aylıq maaşı 923 manat idi.

Maaş, Foto: Travel man/Shutterstock

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.

2022-ci il Azərbaycanda 10,7 faiz şəxs minimum əməkhaqqından aşağı maaş alıb.
Ölkə üzrə orta aylıq əməkhaqqından aşağı maaş alanların payı isə 72,8 faiz olub.

“Baku Research Institute”nun araşdırmasına görə, ölkə üzrə inzibati və yardımçı xidmətlərin göstərilməsi sektorunun işçilərinin 91 faizi orta aylıq əməkhaqqından aşağı maaşa çalışıb.

100,9 milyard manatlıq ümumi daxili məhsul

2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çoxdur.

Ümumi Daxili Məhsul. Foto: AlexLMX/shutterstock

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 9938,7 manata bərabər olub.

Xərcləmələr

2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46173,2 milyon manatlıq, o cümlədən 25833,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20339,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb.

Bahalaşma, Denys Kurbatov/Shutterstock

Alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının, 14 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ana səhifəİqtisadiyyatƏhali xərcləməsinin 51,7 faizini ərzağa verib