close

Ehsan Zahidov təqaüdə göndərildi

Foto: DİN

Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bu barədə yayılan məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Meydan TV-yə təsdiqləyib.

Bildirilir ki, nazir, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb. Amma hələ ki onun yerinə təyinat olmayıb.

Ehsan Zahidov 1992-ci ildən daxili işlər orqanlarında çalışır.

O, 1993–1997-ci illərdə DİN Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alıb.

Ehsan Zahidov uzun müddət DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinə rəhbərlik edib.

2010-cu ildə daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ehsan Zahidov nazirliyin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb.

2017-ci ildə isə Mətbuat Xidmətinin rəisi təyin edilib.

Ana səhifəXəbərlərEhsan Zahidov təqaüdə göndərildi