close

Ermənistan müxalifəti Zelenskinin Yerevana səfərindən narahatdır

Ermənistan parlamenti. Foto: Ruslan Harutyunov/shutterstock

Onlar səfərin Rusiyanın sərt reaksiyası ilə üzləşəcəyini deyirlər

Ermənistan müxalifətinin Zelenskinin Yerevana səfərindən narahat olduğu bildirilir.

Onlar bu addımın Putinin qəzəbinə səbəb olacağını düşünürlər.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana mümkün səfəri Yerevanla Moskva arasında münasibətlərdə dönüş nöqtəsinə çevriləcək”.

Parlamentdə müxalifətdən olan Ermənistan fraksiyasının deputatı Areqnaz Manukyan deyib.

O bu görüşü “xarici qüvvələr”in təşkil etdiyini bildirib:

“Xarici qüvvələr Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Zelenskinin Ermənistana səfərini təşkil etmək niyyətindədir”.

“Bu səfər baş tutsa, Ermənistanla Rusiya arasında münasibətlərdə dönüş nöqtəsinə çevriləcək. Azərbaycan bundan mütləq istifadə edəcək və Ermənistana hücum edəcək”, – deyə o qeyd edib.

Areqnaz Manukyan əlavə edib ki, Baş nazir Nikol Paşinyan “erməni Zelenski və ya Saakaşvili” olmaq niyyətindədir.

Daha öncə “Factor.am” portalı mənbələrə istinadən Zelenskinin Ermənistan paytaxtına mart ayına planlaşdırılan səfəri barədə məlumat yayıb.

Nikol Paşinyanın hakim partiyasının nümayəndələri belə bir səfərin təşkilinin mümkünlüyünü istisna etməyiblər.

Ana səhifəDünyaErmənistan müxalifəti Zelenskinin Yerevana səfərindən narahatdır