close

“Ermənistanın verdiyi mina xəritələrinin yararlılığı 25 faizi keçmir”

Mina. Foto: ANAMA

ANAMA rəhbəri deyir ki, xəritə yalnız keçmiş təmas xəttiini əhatə edir

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyir ki, Ermənistan tərəfinin verdiyi mina xəritələrinin yararlılığı 25 faizi keçmir. Bu barədə o, iyunun 24-də Xankəndidə keçirilən elmi-praktik konfransda danışıb.

Vüqar Süleymanovun sözlərinə görə, verilən məlumatları araşdırandan sonra bu nəticəyə gəliblər.

“Bu məlumatları emal etdik. Bəlli oldu ki, istifadə olunan məlumatların yararlığı 25 faizi keçmir. Bu, çox aşağı səviyyədədir. Yalnız keçmiş təmas xəttini bu əhatə edir”, – ANAMA rəhbəri vurğulayıb.

Ana səhifəSiyasət“Ermənistanın verdiyi mina xəritələrinin yararlılığı 25 faizi keçmir”