close

Fermerlər Aİ sammitinə odla etiraz edir

Fermerlər. Foto: Reuters

Səbəb yüksək vergi və artan xərclərdir

Fermerlər vergilər, artan xərclər və ucuz idxala görə Avropa Parlamentinin qarşısına toplaşaraq etiraz edir. Onlar etirazlarını binaya yumurta atmaq, yaxınlığında yanğınlar törətməklə edirlər.

Bu gün Avropa Birliyi liderlərinin zirvə görüşüdür. Etirazçılar məhz ona görə bu günü seçib.
Polisin açıqlamasına görə hazırda Brüsseldə böyük magistrallar 1000-ə yaxın traktorla qapadılıb.

Belçika və digər Avropa ölkələrindən olan fermerlər sonradan AB liderlərinin görüşündə özlərini eşitdirməyə çalışarkən traktorlardan biri “Yer üzünü sevirsənsə, onu idarə edənlərə dəstək ol” yazılı pankart nümayiş etdirib.

Başqa bir pankartda belə yazılıb: “Nə fermerlər, nə də yemək”.

Fermerlər yetərincə maaş almadıqlarını, vergilər və qaydalarla boğulduqlarını bildirir. Eyni zamanda, onlar xaricdən haqsız rəqabətlə üzləşdiklərini deyirlər.

Hazırda bütün gözlər Macarıstanın Baş naziri Viktor Orbanın yardım paketi ilə bağlı verəcəyi qərara cəmlənib. Digər 26 Aİ lideri sammitdə onu Ukraynaya sabit maliyyə təklif etmək planına qoşulmağa inandırmaq istəyir.

Belə bir durumda Macarıstanın Baş naziri gecə ərzində fermerlərlə görüşüb.

Biz həqiqətən xalqın maraqlarını təmsil edən yeni liderlər tapmalıyıq”, – onun sözçüsü Avropa Parlamentinə seçkilərə istinad edərək deyib.

Zirvəyə gələrkən Belçikanın Baş naziri Alexander De Croo fermerlərin şikayətlərinin müzakirə edilməli olduğunu deyib.

“Onlar yüksək keyfiyyətli məhsullar təklif edirlər, biz də əmin olmalıyıq ki, onlar təqdim etdikləri yüksək keyfiyyətli məhsullar üçün düzgün qiymət ala bilsinlər”.

Ana səhifəDünyaFermerlər Aİ sammitinə odla etiraz edir