close

Filarmoniyanın direktor müavini həbs edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası. Foto: Wiki

Rəşad Məmmədov özünü təqsirli bilmir

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təxminən iki həftə əvvəl Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirdiyi əməliyyatın təfərrüatları məlum olub.

Əməliyyat zamanı saxlanılan Rəşad Məmmədov haqqında aprelin 5-də Binəqədi Rayon Məhkəməsində həbs qərarı çıxarılıb. Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin köməkçisi olan Rəşad Məmmədov barədə ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəşad Məmmədov özünü təqsirli bilmir. O, həbs qərarından şikayət versə də, Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib – Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə qalıb.

Rəşad Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işində söhbət 50 min manatdan yuxarı yeyintidən gedir.

Ana səhifəSosialFilarmoniyanın direktor müavini həbs edilib