close

Fransa Azərbaycanı Ermənistanı təhdid etməkdə günahlandırır

Fransa-Azərbaycan. Mənbə: vladm/shutterstock

Rəsmi Bakı Stefan Sejournenin fikirlərini əsassız sayır

Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejourne Azərbaycanı tənqid edib.

O deyib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir və sərhəddə gərginliyi artırır.

Sejourne bunu ABŞ Dövlət katibi Entoni Blinken ilə aprelin 2-də Parisdə birgə mətbuat konfransında deyib.

Məlumatı “Turan” yayıb.

Azərbaycanın ritorikası nəzarətdən çıxır və vəziyyətin gərginləşməsində Ermənistanı günahlandırmaq məqsədi güdür. Bundan başqa, biz Bakıdan gələn xeyli saxta xəbərləri görürük. Bakı bu gərginlikdə Yerevanı gunahlandırır, baxmayaraq ki, Ermənistan bunu istəmir və bundan yayınmağa çalışır”, – deyə fransalı nazir qeyd edib.

Onun sözlərinə görə, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür:

Foto: “Turan”

Biz onu da görürük ki, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür. Bütün bunları Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində diqqət mərkəzində saxlamağa razılaşdıq”.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejurnenin söylədiklərini əsassız adlandırıb.

Nazirlik hesab edir ki, bu, növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir:

Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir”, – deyə XİN əlavə edib.

МИД Азербайджана
Foto: Arxiv

XİN həmçinin bəyan edib ki, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə, ölkənin imicinə xələl gətirmək məqsədi güdən bu kimi çağırışlardan çəkinilməsi Fransa və dünya üçün daha faydalı olardı:

Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək”.

Ana səhifəSiyasətFransa Azərbaycanı Ermənistanı təhdid etməkdə günahlandırır