close

Fransa Ermənistana radiolokasiya sistemləri verəcək, orduda islahatları dəstəkləyəcək

Foto: Wiki

İki ölkə arasında memorandum imzalanıb

Fransanın Ermənistana üç GM200 radiolokasiya sistemləri verəcəyi bildirilir.

Bu barədə oktyabrın 23-də “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, Yerevan və Paris, həmçinin Fransanın “Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.
Fransanın müdafiə naziri Sebastyan Lekorn bildirib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasında kömək edəcək, ölkənin ordusunda islahatlar və modernləşdirmə səylərini dəstəkləyəcək.

Oktyabrın 22-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfərə gedib.

Səfərin məqsədinin iki ölkə arasında hərbi təchizatla bağlı sazişin imzalanması göstərilirdi.
Bu gün hər iki ölkənin müdafiə nazirləri arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.

Ana səhifəSiyasətFransa Ermənistana radiolokasiya sistemləri verəcək, orduda islahatları dəstəkləyəcək