close

Fransada: Küçələrdə gərginlik azalıb

Foto: Reuters

Bu hadisə Makron hakimiyyəti üçün ən pis böhran hesab edilir

İyulun 2-də Fransada 160-dan az adam həbs edilib.

Bu barədə məlumatı Fransa Daxili İşlər Nazirliyi verib.

Bu, Şimali Afrika əsilli yeniyetmənin polis məmuru tərəfindən öldürülməsindən sonra Fransada başlayan etirazlarda bir gün ərzində ən az həbs sayıdır.

“Reuters” yazır ki, beş gecə davam edən güclü etirazlardan sonra nisbi sakitlik yaranıb.

Bu, Emmanuel Makron hökumətinə vəziyyətə bir qədər nəzarəti bərpa etmək imkanı verib.

İl ərzində Fransadakı ikinci böyük etiraz aksiyasıdır. Bundan öncə pensiya islahatı ilə bağlı hökumətin qərarı ilə bağlı geniş etiraz aksiyaları olmuşdu.

Polis tərəfindən öldürülən yeniyetmənin valideynləri əlcəzairli və mərakeşlidir.

17 yaşlı Nahelin ölümü hüquq-mühafizə qrupları və aşağı gəlirli, irqi qarışıq şəhərətrafı ərazilərdə hüquq-mühafizə orqanları arasında ayrı-seçkilik, polis zorakılığı və sistemli irqçiliklə bağlı uzun müddətdir ki, davam edən şikayətlərə səbəb olub.

Etirazlar Fransanın Paris, Strasburq, Marsel, Nitsa da daxil, bir neçə böyük şəhərlərini əhatə edib.

Hökumət bildirir ki, etirazçılar yüzlərlə avtomobil yandırıb, mağazaları qarət edib, bələdiyyə binalarını və digər mülkləri hədəfə alıblar.

Daxili İşlər Nazirliyi etirazları yatırmaq üçün azı 45 min polisi səfərbər edib.

Nazirlik bildirib ki, bir gecədə 157 nəfər həbs edilib. Bu, daha öncəki gecələrdə həbs edilənlərdən qat-qat azdır.

Daha öncə bir gecədə 700-dən çox, başqa bir gün isə 1300-dən çox etirazçı həbs edilib.

Nazirlik 3 polis əməkdaşının yaralandığını, ilkin məlumatlara görə isə 300 avtomobilin yanğın nəticəsində zədələndiyini bildirib.

Parisin Nanterre qəsəbəsində yol dayanması zamanı polis tərəfindən güllələnən Nahelin nənəsi bazar günü iğtişaşçıların onun ölümünü xaos yaratmaq üçün bəhanə kimi istifadə etdiyini və ailənin sakitlik istədiyini söyləyib:

Mən onlara deyirəm ki, bunu dayandırın. Avtobuslara minən insanlar günahsızdır. Sakitləşməyə çağırıram, əşyalara, mülklərə zərər verməyib. Nahel artıq ölüb”.

İğtişaşlar 2018-ci ilin sonlarında yanacaq qiymətləri ilə bağlı Fransanın böyük hissəsini əhatə edən “Sarı jiletlilər” etirazlarından bəri Makron hakimiyyəti üçün ən pis böhran hesab edilir.

Ana səhifəDünyaFransada: Küçələrdə gərginlik azalıb