close

Gələn il spirtli içki və tütün məmulatlarının qiymətlərində artım gözlənilir

Tütün, mənbə: shutterstock

Büdcəyə aksizlər üzrə daxilolmalar artacaq

2024-cü ilin büdcəsində aksizlər üzrə daxilolmalar 1358 milyon manat olacaq. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145 milyon manat və ya 12 faiz çoxdur.

Daha bir il öncəyə, 2022-ci ilə nəzərən isə 168 milyon manat və ya 14,1 faiz çoxdur.

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrdə belə deyilir.

Layihəyə əsasən, 1358 milyonun 48,6 faizi və ya 660 milyonu qeyri-neft sektorunun, 51,4 faizi və ya 698 milyonu isə neft sektorunun payına düşür.

Sənəddə həmçinin, bildirilir ki, 2024-cü ildə Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən,

  • aksiz dərəcəsi tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir;
  • Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün məhsullarının hər 1000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, bu məbləğ 16 manat olacaq.
  • Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.
  • aksiz dərəcəsi araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır.

Beləliklə, 2024- cü ildə spirtli içki və tütün məmulatlarının qiymətlərində artım gözlənilir.

Ana səhifəXəbərlərGələn il spirtli içki və tütün məmulatlarının qiymətlərində artım gözlənilir