Rasif Kərimzadənin xəsarət aldığı bildirilir
Oktyabrın 2-də, saat 11 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 20 yaşlı gənc minaya düşüb. 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin xəsarət aldığı bildirilir.
Xocavənd Rayon Prokurorluğundan verilən məlumata görə, Rasif Kərimzadə həmin ərazidə aparılan təmir-tikinti işlərində fəhlə kimi çalışırdı.
“Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır”, – prokurorluqdan bildirilib.
Son 3 gündə hər gün Qarabağda minaya düşmə halları baş verir.
Oktyabrın 1-də daha iki nəfər – 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarov Tərtər rayonunun Qızıl oba kəndində minaya düşərək, xəsarət alıb.
Bundan öncə – sentyabrın 30-da isə Füzuli rayonunun Yuxarı Dilağarda kəndi ərazisində iki nəfər minaya düşüb. 36 yaşlı Amid Əsədov və.15 yaşlı Çərkəz Quluzadə hadisə yerində həlak olub.