close

Gəncədə qohumların davası: 1 nəfər öldürüldü, iki nəfər bıçaqlandı

Bıçaqlanan Niyazi və Kamal Bayramovlar xəstəxanaya yerləşdirilib

Gəncədə pul mübahisəsinə görə yaranan kütləvi dava sonda iki nəfərin bıçaqlanması, bir nəfərin isə odlu silahla öldürülməsiylə nəticələnib. Hadisə dekabrın 11-də axşam saat 20 radələrində şəhərin Cavad Xan küçəsində baş verib.

Mübahisə qohumlar arasında baş verib. Daxili İşlər Nazirliyindən Meydan TV-yə verilən məlumata görə, 1980-ci il təvəllüdlü Əli Bayramov odlu silahla qətlə yetirilib. Lakin Əli Bayramov qətlə yetirilməmişdən öncə onun 22 yaşlı oğlu Ayxanla birlikdə tanışları – 1986-cı il təvəllüdlü Kamal və 1994-cü il təvəllüdlü Niyazi Bayramov qardaşlarına bıçaqla xəsarət yetirdikləri bildirilir. İddia olunur ki, Kamal Bayramov da buna cavab olaraq, odlu silahdan atəş açaraq, Əli Bayramovu öldürüb.

Bıçaqlanan Niyazi və Kamal Bayramovlar xəstəxanaya yerləşdirilib.

Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Ana səhifəXəbərlərGəncədə qohumların davası: 1 nəfər öldürüldü, iki nəfər bıçaqlandı