Natiq Şirinov Gömrük Komitəsi sədrinin müavini təyin olunub
Dövlət Gömrük Komitəsi sədrinin müavinləri Əsgər Abdullayev və İqbal Babayev vəzifələrindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev dekabrın 28-də sərəncamlar imzalayıb.
Dövlət başçısının digər sərəncamı Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.
![](https://i1.wp.com/www.meydan.tv/wp-content/uploads/1672212462_trend_natig_shirinov_taxes_271219.jpg)
Natiq Şirinov buna qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindəydi.
Əsgər Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.
![](https://i1.wp.com/www.meydan.tv/wp-content/uploads/1672213519_1437c77f18a3fb2d07608a93cc11661c.jpg)
İqbal Babayev isə 2018-ci ildə komitə sədrinin müavini təyin olunmuşdu.
O, 2000–2008 illərdə Mərkəzi Seçki Komissiyası nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.