close

Gülşənin 10 ay azadlıqdan məhrum edildiyi bildirilir

Gülşən, Depo Photos via REUTERS

Müğənni dediyi fikrə görə mühakimə olunub

Türkiyəli müğənni Gülşənə məhkəmə qərarı ilə həbs cəzası verildiyi deyilir.

Türkiyə mətbuatının yazdığına görə, müğənni 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Gülşən 2022-ci ilin aprelində verdiyi konsertdə “”İmam Hatip”də oxuyub, axmaqlığı buna görədir”, – deməsi ölkə gündəmini zəbt edib, ictimaiyyətin narazılığına səbəb olmuşdu.

Buna görə həbs olunan müğənni daha sonra ev dustaqlığı qərarı ilə sərbəst buraxılmışdı.

Gülşən İstanbul Cəza Məhkəməsində “xalqı açıq-aşkar kin və düşmənçiliyə sövq etmək” (Türk Cəza Qanunun 216-cı maddəsi) maddəsi ilə ittiham olunurdu.

Ana səhifəUncategorized @azGülşənin 10 ay azadlıqdan məhrum edildiyi bildirilir