close

Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilib

Avropa Birliyi-Gürcüstan. Foto: Alexandros Michailidis/shutterstock

Salome Zurabişvili : “Gürcü xalqı hiss edir ki, Avropa onları dinləməklə kifayətlənmir, həm də onların yanındadır”

Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “X” platformasında Gürcüstanın Prezidenti Salome Zurabişvilini təbrik edib. Ona bu sahədəki naliyyətlərinə görə təşəkkür edib.

Salome Zurabişvili isə cavabında şəraitdən asılı olmayaraq daimi dəstəyi üçün ona minnətdarlıq edib:

Gürcü xalqı sizin həmrəyliyinizi dərindən qiymətləndirir. Gürcü xalqı hiss edir ki, Avropa onları dinləməklə kifayətlənmir, həm də onların yanındadır”.

Salome Zurabişvili. Foto: Dmitry Khorov/shutterstock

Salome Zurabişvili daha öncə açıqlamasında bildirmişdi ki, ölkəsinə üzvlük namizədi yolunda yaşıl işıq yandırılmasa, bu, gürcüstanlılar üçün itki, Rusiya üçün qələbə olacaq.

Aİ-nin 27 üzvü dekabrın 14-15-də Belçika paytaxtında tarixi genişlənmə razılaşmasını müzakirə edib.

Avropa Komissiyası ötən ay tövsiyə edib ki, Tbilisi blokun qalan şərtlərini yerinə yetirən kimi ona belə bir status verilsin.

Ana səhifəDünyaGürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilib