close

Hatayda baş verən son zəlzələdə 6 nəfərin öldüyü bildirilir

Mənbə: Getty image

294 nəfər yaralanıb, onlardan 18-i ağır vəziyyətdədir

Fevralın 20-də axşam saatlarında Türkiyənin Hatay şəhərində növbəti dəfə baş verən 6,4 və 5,8 bal gücündə yeni zəlzələlər nəticəsində 6 nəfər həlak olub.

Bu zəlzələlər nəticəsində 294 nəfər yaralanıb ki, onlardan 18-i ağır vəziyyətdədir.

Zəlzələnin ardından 90-dan çox kiçik təkanların meydana gəlsiyi bildirilir.

Ölən və yaralananların böyük əksəriyyəti qəzalı evlərindən əşya çıxarmağa çalışanlar və çadır olmadığı üçün evlərinə sığınanlar olub.

Fövqəladə Hallar və Fövqəladə Hallar İdarəsi Başçılığının (AFAD) məlumatına görə, saat 20.04-də Hatayın Defne rayonunda 6,4 bal gücündə zəlzələ, ardından Hatayın Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Türkiyə Fövqəladə Hallar İdarəsinin (AFAD) məlumatına görə, saat 20.04-də Hatayın Defne rayonunda 6,4 bal gücündə zəlzələ, ardından Hatayın Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Səhiyyə naziri Fəxrəddin Qoca zəlzələlərdə 294 nəfərin yaralandığını, onlardan 18 nəfərinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Bildirib ki, həmin ağır yaralı 18 nəfər hava və quru yolla Adana və Dörtyol xəstəxanalarına çatdırılıb.

Hər iki zəlzələ ətraf bölgələrdə, şəhərlərdə hiss edilib.

Defne Bələdiyyə Başçısı İbrahim Güzel deyib:

“Əvvəlki zəlzələdən daha güclü sarsıntı hiss etdik. Bitdik, bitdik. Daha nə deyə bilərəm? Hər yer qaranlıqdır. Gecə hər yer qaranlıq olarkən baş verib. İlkin olaraq nə qədər binanın dağıldığını müəyyən edə bilməmişik. Bələdiyyəmizdə 450 kadr var idi, indi 20 kadrımız var. Onlardan 430-u zəlzələ qurbanıdır. Biz kömək istəyirik”.

İbrahim Güzel deyib ki, ümumi 166 min 450 nəfər əhali yaşayır həmin ərazidə. Onlardan çoxu ilk zələzələlərdə yaşadıqları yeri tərk ediblər:

“Mən real rəqəmlər deyə bilmərəm. Nəqliyyatla bağlı problemlər yaşayırıq. Bura böyük şəhər deyil. Bizim təcili çadır yardımına ehtiyacımız var”.

Daxili işlər naziri Süleyman Soylu hazırda dağıntılar altında qalan insanlarla bağlı axtarış-xilasetmə işlərinin aparıldığını bildirib.

Ərazidəki Mustafa Kamal Universiteti Xəstəxanası və İskenderun Dövlət Xəstəxanası ehtiyat tədbiri olaraq evakuasiya edilib.

Hatay AFAD Koordinasiya Mərkəzi təxliyə edilərkən Hatay Valiliyinin binası yararsız hala düşüb.

Ana səhifəXəbərlərHatayda baş verən son zəlzələdə 6 nəfərin öldüyü bildirilir