close

Hesabat: Azərbaycanda əhalinin yarıdan çoxu şəhərlərdə məskunlaşıb

Bakı, Neftçilər metrosu. Foto: Tim Asadov/shutterstock

Səbəb kimi işsizlik və çoxsaylı problemlər göstərilir

2023-cü ildə Azərbaycan əhalisinin 54.5 faizi, yəni yarıdan çoxu şəhərlərdə məskunlaşıb.

“Baku Research Institut”nun son 100 ildə Azərbaycanda demoqrafiyanın necə dəyişməsi ilə bağlı hazırladığı araşdırma hesabatda belə deyilir.

Bildirilir ki, kənd yerlərində ümumi əhalinin cəmi 45.5 faizi yaşayır.

Bu, on il öncə, 2003-cü ildə 47.8 faiz olub. Bu müddət ərzində 2.3 faiz azalma olub.

Ölkə əhalisinin ən son 2019-cu ildə açıqlanan milli tərkibi belədir: 94.8 faiz azərbaycanlılar, 0.7 faiz ruslar, 1.7 faiz ləzgilər, 0.9 faiz talışlar, 1.9 faiz isə digər xalqlar.
93 il əvvələ baxanda əhalinin tərkibi çox dəyişib.
1926-cı ildə Azərbaycan əhalisinin cəmi 62.1 faizini azərbaycanlılar təşkil edib.

Qalan 9.5 faizi ruslar, 12.2 faizi ermənilər, 1.6 faizi ləzgilər, 3.3 faizi talışlar, 1.8 faizi kürdlər və 9.5 faizi digər xalqlar olub.

1926-cı ildə əhalinin 52.4 faizini kişilər, 47.6 faizini qadınlar təşkil edib. Yəni kişilər qadınlara baxanda çox olub.
2023-cü ildə isə əksinə, ölkə əhalisinin 50.2 faizi, yəni yarıdan çoxunu qadınlar, 49.8 faizini isə kişilər təşkil edib.

Kəndlərdən şəhərə axın isə yüksəlib.

Ekspertlər bunu həm iş yerləri, həm də şəritlə əlaqələmndirirlər.

Kənd yerlərində işsizlik problemi olduğundan insanlar daha yaxşı yaşamaq, iş tapmaq üçün böyük şəhərlərə köç edirlər. Həmçinin buraya daha yaxşı təhsil, kommunal xidmətlərə əlçatımlılıq da təsir edir.

Ana səhifəSosialHesabat: Azərbaycanda əhalinin yarıdan çoxu şəhərlərdə məskunlaşıb