close
>

Hindistanda aktyorun qətlində günahlandırılan şəxsin Bakıda olduğu bildirilir

Sidhu Mus Vala. Foto: PTI

“Saçin Bişnoy əvvəl Dubaya qaçıb, oradan Azərbaycan gəlib”

2022-ci ilin aprelində Hindistanda aktyor və repçi, həmçinin siyasətçi Sidhu Mus Valanın qətlini təşkil etdiyi deyilən Saçin Bişnoy ad-soyadlı şəxsin Azərbaycanda saxlanıldığı bildirilir.

Hindistan mətbuatı xəbər verir ki, axtarışda olan cinayətkar saxta pasportla Dubaya qaçıb.

Oradan Azərbaycana gələn Binşoy polis əməkdaşları tərəfindən saxlanılıb.

Saçin Bişnoy Sidhu Mus Valanın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Sidhu Mus Vala 2022-ci ilin aprelində avtomobilində silahlı şəxslərin hücumuna məruz qalıb.

Musiqiçinin bədənindən 24 güllə çıxarıldığı bildirilib.

Qətllə bağlı 6 nəfər həbs edilib.

Repçi 2021-ci ildə Hindistan Milli Konqresi partiyasına üzv olub.

Sonradan üzvlükdən imtina edib.

Sidhu Mus Vala deputat toxunulmazlığından məhrum ediləndən bir gün sonra öldürülüb.

Qətlin siyasi xarakterli olduğu iddia edilib.

Sidhu Mus Valan (əsl adı Shubhdeep Singh Sidhudur) 1993-cü ildə Pəncabda doğulub.

Debüt albomu 2018-ci ildə çıxıb.

2020-ci ildə “The Guardian” repçini əlli ən perspektivli sənətçi siyahısına daxil edib.

Ana səhifəMədəniyyətHindistanda aktyorun qətlində günahlandırılan şəxsin Bakıda olduğu bildirilir