close

Hollivud aktyorları Baydenə müraciət etdi: Qəzza və İsraildə atəşkəs olsun

Hollivud. Foto: Wiki

“Biz administrasiyanızı və bütün dünya liderlərini müqəddəs torpaqların bütün sakinlərinin həyatına hörmət etməyə çağırırıq”

Hollivud aktyorlarının ABŞ Prezidenti Co Baydenə Qəzza bölgəsində və İsraildə atəşkəsi
dayandırmağı tələb edən məktub göndərdikləri bildirilir.

Prezidentə müraciət edənlər arasında aktyorlar Xoakin Feniks, Keyt Blanşett, Con Stüart, Kristen Stüart, Syuzan Sarandon, Maherşala Əli, Riz Əhməd, Rami Yusef və Quinta Brunson və daha 46 kinorejissor olub.

Biz administrasiyanızı və bütün dünya liderlərini müqəddəs torpaqların bütün sakinlərinin həyatına hörmət etməyə çağırırıq. Qəzzanın bombalanmasını dayandırın və girovların azad edilməsinə çalışın”, – sənətçilər bildirib.

Məktubu imzalayanlar Qəzza sakinlərinə humanitar yardımın göstərilməsinin zəruriliyini də qeyd ediblər.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Hazırda Qəzza bölgəsində müharibə davam edir. Hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu bildirilir.

Ana səhifəMədəniyyətHollivud aktyorları Baydenə müraciət etdi: Qəzza və İsraildə atəşkəs olsun