close
>

İbrahim Tatlısəsin barmaqları sınıb

Foto: “hurriyet.com”

“Qəzanı törədən yük maşınının sürücüsü sərxoş olub”

Bodrumda keçirdiyi ağır yol qəzasından sonra İbrahim Tatlısəsin xəsarət aldığı bildirilir.

Türkiyə mətbuatı yazır ki, təxminən bir saata yaxın əzilmiş avtomobilində qalan ifaçının hər iki ayağının barmaqları sınıb.

Bölgədə yerləşən xəstəxanalardan birində ilkin tibbi yardım alan Tatlısəs elə həmin gün buraxılıb.

O, təcili tibbi yardım maşını ilə çıxış edəcəyi restorana aparılıb.

Tatlısəs hər iki ayağı sarıqlı vəziyyətdə, əlil arabasında tamaşaçılar qarşısına çıxaraq oxuyub.

“Bu gün qəzaya düşdük, maşınımız az qalsın, dərəyə yuvarlanırdı. Səhnəyə çıxacağımıza söz verdiyim üçün buradayam”, – müğənni deyib.

İbrahim Tatlısəsin avtomobilinə çırpılan yük maşınının sürücüsünün içkili olduğu bildirilir.

Avtomobil qəzası avqustun 25-də olub.

İbrahim Tatlısəsin avtomobili Bodrumda yük maşını ilə toqquşaraq, yol kənarına yuvarlanıb.

Ana səhifəMədəniyyətİbrahim Tatlısəsin barmaqları sınıb