close

İcra başçısının qardaşı odlu silahdan açılan atəş nəticəsində ölüb

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov

Hadisənin silahla ehtiyatsız davranış, yoxsa intihar olduğu hələ bəlli deyil

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşov odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisə iyulun 26-da axşam saat 17.00-18.00 radələrində Kürdəmir rayonunun Pirəköcə kəndində – Azər Qaraşovun yaşadığı evdə baş verib.

Lənkəran Rayon İcra Hakimiyyətindən də ölüm faktını təsdiqləyiblər. İcra hakimiyyətindən bildirilib ki, hadisə Azər Qaraşovun odlu silahla ehtiyatsız davranması nəticəsində baş verib.

Eyni zamanda, hadisənin intihar olması haqda da iddialar səslənir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Hələ ki, hadisənin silahla ehtiyatsız davranış, yoxsa intihar olduğu məlum deyil.

Ana səhifəXəbərlərİcra başçısının qardaşı odlu silahdan açılan atəş nəticəsində ölüb