close

İki rayona icra başçısı təyin edildi

İlham Əliyev. Mənbə: president.az

İlham Əliyev bununla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Culfa və Quba icra hakimiyyətləri ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə İlqar Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İlqar Mahmudovun yeni təyinata qədər Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri işlədiyi bildirilir.

O, əvvəllər sabiq təhsil naziri Misir Mərdanovun köməkçisi olub.

Həmçinin Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb.

Prezident İlham Əliyev 2023-cü il iyunun 14-də Ziyəddin İsmayıl oğlu Əliyevi Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Ziyəddin Əliyev 2017-ci ilin dekabrından Qubanın icra başçısı vəzifəsində çalışırdı.

Ana səhifəXəbərlərİki rayona icra başçısı təyin edildi