close

İlham Əliyev icra başçısını işdən çıxardı

Mahirə Adnayeva. Foto: “Azərtac”

Mahirə Adnayevanın yerinə təyinat olmayıb

Mahirə Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə avqustun 9-da Prezident İlham Əliyev sərəncam imzalayıb.

Mahirə Adnayeva 2021-ci ildə Sədərək rayonuna icra başçısı təyin olunub.

Mahirə Adnayeva daha əvvəl Sədərək rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edib.

Ana səhifəXəbərlərİlham Əliyev icra başçısını işdən çıxardı