close

İnsan haqları və demokratiya

A.Blinken və İ.Əliyev

Rövşən Hacıbəyli

Ondan narahat olanlardan narahatıq

Bu, ən çox eşitdiyimiz, çatışmazlığından ən çox əziyyət çəkdiyimiz məsələdir, həm də lap əvvəldən: müstəqillik qazandığımız çağlardan. Nə sirdirsə, insan haqlarını qoruya bilmədiyimiz kimi, demokratiyanı da ölkəmizə gətirə bilmirik. Bizim bu bacarıqsızlığımızdan uzaq ölkələrdə də narahat olanlar var, həm də ardıcıl. Biz bəzən yoruluruq, usanırıq, mübarizənin fayda vermədiyini görüb kənara çəkilirik, susuruq, ancaq onlarda israr çox güclü, ardıcıldır. O qədər ardıcıldır ki, lap bizi utandıracaq səviyyədə…

Dünən bu məsələ yenə güdəm olub – ABŞ-ın Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Hə, ABS-ın Dövlət katibi şəxsən özü zəng edib. Təkcə aprel ayında bu onun ikinci zəngidir. Ötən ilin sentyabr ayındasa üç dəfə zəng vurmuşdu. Regionun lider dövləti adını elə belə qazanmamışıq. Avropadan da tez-tez belə zənglər olur.

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Blinkenin zəngi ilə bağlı Prezidentin saytında da xəbər var. Düzdür, həmişə olduğu kimi bu dəfə də sayta baxanlar xəbəri istədikləri kimi yazıblar. Açığı, dünən AzTV-lərə baxmadığımdan onların bu xəbəri necə təqdim etdiyini bilmirəm.

ABŞ Dövlət Departamentinin bu zənglə bağlı yaydığı bəyanatsa bir qədər fərqlidir. Biz belə fərqliliyə öyrəncəli olduğumuzdan çox da dərinə getmirik. Çünki yuxarıda yazdığımız kimi, müstəqillik qazanandan bəri ABŞ-ın dövlət katibləri zəng edib Azərbaycanda insan haqlarının durumundan, demokratiyanın inkişafından narahat olduqlarını həmişə bildiriblər. Sağ olsunlar. Onlarda dövlət katibləri bu illərdə ayrı-ayrı adamlar olsa da, bizdə zəng edilən adam dəyişməyib. Kim bilir, bəlkə də, problem elə bundadır. Təkrarçılıq bəzən bezdirir, yorur adamı…

Görünür, dövlət katibləri özlərindən əvvəlkilərin kitabını oxumurlar, yoxsa illərlə eyni şeyi təkrarlamağın nə mənası var?! Yəni səndən qabaq bir neçə dövlət katibi zəng vurub eyni sözü deyib, hər dəfə də o zənglə bağlı xəbər bizdə bir qədər təhrif olunmuş halda ictimaiyyətə çatdırılıb. Şübhə yoxdur ki, bu fərqliliyi onlar da biliblər, ancaq yenə tutduqları yoldan dönməyiblər. Əslində, bunu alqışa layiq addım da saymaq olar. Sadəcə bizim siyasilər, ictimai-siyasi fəallar fərqli düşünür, çağırışı yüksək qiymətləndirməklə yanaşı, onlar dövlət katiblərinin narahatlığından daha çox narahat olurlar.

Onun da ilk işlərindən biri Azərbaycana – regionun lider dövlətinə zəngi olacaq, ya burada insan haqlarının durumundan və demokratiyanın inkişafından narahatlığını bildirəcək, ya da bu sahələrdə irəliyə doğru addım atıldığını müsbət məqam kimi qiymətləndirəcək. İstənilən halda xəbər ictimaiyyətə bir qədər fərqli çatdırılacaq; adət-ənənəmiz var axı…

İllərdir ki, ardıcıl davam edən bu narahatlıqların kimlərinsə səhhətində problemlər yaradacağından narahatlıq keçirirlər. Ancaq unudurlar ki, o narahatlıq bir adamda deyil, ayrı-ayrı adamlarda olub, yəni ürəklərinə salmayıblar. Sözü deyib keçiblər. Kim bilir, orada da bu vəzifədə eyni adam illərlə qalsaydı, ardıcıl narahat olsaydı, bəlkə də, uğur qazanardı…

Bizə nə var, dəvəsi ölmüş ərəbik, öz dərdimizə ağlamaq əvəzinə başqasının problemini düşünür, onun üçün göz yaşı tökürük. Tolerant, humanist olmağın belə fəsadları var, Allah xasiyyətimizi kəssin…

Bu ilin noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək. Çox güman, indiki prezidenti başqası əvəzləyəcək, yəni Co Bayden seçkini uduzacaq. Bunun nəticəsində komandada dəyişiklik olacaq, yeni dövlət katibi gələcək. Onun da ilk işlərindən biri Azərbaycana – regionun lider dövlətinə zəngi olacaq, ya burada insan haqlarının durumundan və demokratiyanın inkişafından narahatlığını bildirəcək, ya da bu sahələrdə irəliyə doğru addım atıldığını müsbət məqam kimi qiymətləndirəcək. İstənilən halda xəbər ictimaiyyətə bir qədər fərqli çatdırılacaq; adət-ənənəmiz var axı…

Təsəllimiz odur ki, hələ noyabr ayına xeyli vaxt var, Blinkendən zənglər gözləyirik, ancaq bir xahişimiz var, çox da narahat olmasınlar, bizi də düşünsünlər…

Ana səhifəMənim Fikrimcəİnsan haqları və demokratiya